Bakıda zəncirvarı yol qəzası olub.
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu ərazisində, Bakı Dairəvi Yolunun Lökbatandan keçən hissəsində qeydə alınıb.
 
İlkin məlumata görə, qəza nəticəsində 15-20 avtomobil toqquşub.
 
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev APA-ya açıqlamasında bildirib ki, ilkin məlumata görə, qəza nəticəsində bir nəfər ölüb, daha 1 nəfər xəsarət alıb.
 
Hazırda DYP əməkdaşları hadisə yerində araşdırma aparır. 

Baxış sayı: 2934 | Tarix: 24.02.2021
Bizi Telegramda izləyin: @repostaz