Şəkinin Kiş kəndində boğulma hadisəsi qeydə alınıb.
 
RePost.Az xəbər verir ki, hadisə dünən axşam saatlarında Qurucana çayında baş verib. Çaya gələn güclü sel kənd sakini, 1996-cı il təvəllüdlü Şamil Azər oğlu Əhmədovu aparıb. 25 yaşlı Ş.Əhmədovun meyiti çaydan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.
 
Qeyd edək ki, Ş.Əhmədov yeni ailə qurmuşdu.
 
Xatırladaq ki, Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.

Baxış sayı: 3295 | Tarix: 07.06.2021
Bizi Telegramda izləyin: @repostaz