Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 48 yeni yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb.
 
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, son sutkada koronavirusdan ölüm halı qeydə alınmayıb.
 
İndiyədək ölkədə ümumilikdə 335 339 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 191 nəfər müalicə olunaraq sağalıb, 4 959 nəfər vəfat edib.
 
Aktiv xəstə sayı isə 1 189 nəfər olub.
 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 162, bu günə qədər isə ümumilikdə 3 653 074 test icra olunub.

Baxış sayı: 1889 | Tarix: 17.06.2021
Bizi Telegramda izləyin: @repostaz