Qazi Cavad Qələndərlinin “Kapital Bank”a olan borcu bank tərəfindən tamamilə bağlanıb. 
 
Bu barədə RePost.Az-a onun anası Ülkər Həsənova məlumat verib. O bildirib ki, "Kapital Bank" oğlu Cavid Qələndərlinin mövcud olan 12 min manat borcunu silib:
 
“Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm. “Kapital Bank”ın müdiriyyətinə göstərdikləri anlayışa görə minnətdaram. Cavadin kredit borcu tam bağlandı. Allahdan bütün qazilərə şəfa diləyirəm”.
 
Qeyd edək ki, daha əvvəl qazinin anası bu məsələ ilə bağlı sosial şəbəkədə paylaşım etmişdi. Paylaşımda mövcud borcu ödəməyə maddi imkanlarının olmadığını bildirmişdi. Məsələ kütləvi informasiya vasitələrində işıqlandırıldıqdan sonra “Kapital Bank” rəhbərliyi tərəfindən məsələyə reaksiya gəldi.

Baxış sayı: 3257 | Tarix: 21.06.2021
Bizi Telegramda izləyin: @repostaz