Sabaha olan hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən RePost.Az-a verilən məlumata görə, Bakı və Abşeron yarımadasında fevralın 24-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

 

Bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 2-5° isti, gündüz 8-13°, bəzi yerlərdə 15° isti, Bakıda gecə 2-4° isti, gündüz  11-13° isti olacağı gözlənilir.

 

Atmosfer  təzyiqi  761  mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.  Nisbi rütubət gecə 85-95 %, gündüz 60-70 % təşkil edəcək.

 

Tibbi-meteoroloji proqnoza əsasən, fevralın 24-25-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli  tərəddüdü, qısa müddətdə arabir güclənən gilavar və xəzri küləyinin tez-tez bir-birini əvəz etməsi meteohəssas insanlar üçün əlverişsizdir.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

 

Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 0-5° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.


Baxış sayı: 2820 | Tarix: 23.02.2017
Bizi Telegramda izləyin: @repostaz