Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində respublikanın müdafiə idarəsi rəhbərliyinin Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşü keçirilir.
 
RePost.Az-ın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, görüş zamanı Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-leytenant Gennadi Anaşkin Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyinə təqdim edilib.
 
Xatırladaq ki, Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin ilk komandanı Rüstəm Muradov təyin edilmişdi. O, bu yaxınlarda missiyasını başa vurub. Qısa müddət ərzində bu vəzifəni general-mayor Mixail Kosobokovla yerinə yetirib. Hazırda estafet Gennadi Anaşkinə keçib.
 
Qeyri rəsmi məlumatlıara görə, bu dəyiçşiklik Azərbaycan tərəfinin israrı ilə baş tutub. Kosobokovun gələr gəlməz qeyri-qanuniu davranışları Azərbaycanın narazılığına səbəb olub. Onun dəyişdirilməyəcəyi təqdirdə, Azərbaycvan xüsusi təyinatlılarının əraziyə müdaxilə edəcəyi bildirlib. Hətta bu günlərdə erməni mediasənın Azərbaycan silahlı qüvvələrinin 1200 metr irəliləməsi və monstrın üzərindən qondarma rejimə məxsus  bayrağın götürülməsinin də məhz həmin narazılıqdan qaynaqlandığı bildirilir. 

Baxış sayı: 3086 | Tarix: 25.09.2021
Bizi Telegramda izləyin: @repostaz