Bakıda daha bir məktəb və bağça koronavirusa görə bağlanıb.
 
RePost.Az xəbər verir ki, Bakının Xəzər rayonunda yerləşən 322 nömrəli tam orta məktəbdə şagird və müəllimlər arasında koronavirus aşkarlandığına görə oktyabrın 20-dən məktəbdə dərslərin 14 gün müddətində distant keçilməsi qərara alınıb.
 
Həmçinin Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisəsləri İdarəsindən məlumat verilib ki, bağçalardan birində 3 müəllimin koronavirusa yoluxduğu aşkarlanıb. Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə müəssisəsinin fəaliyyəti 14 gün müddətinə dayandırılıb. Uşaqlar arasında yoluxma yoxdur.

Baxış sayı: 3542 | Tarix: 19.10.2021
Bizi Telegramda izləyin: @repostaz