Əməkdar artist Elizbar Osmanovu maşın vurub.
 
Hadisə Nəsimi rayonu ərazisində, Bakı Dövlət Sirkinin yaxınlığında baş verib. 1 saylı Kliniki Tibbi Mərkəzə aparılan Elizbar Osmanovun vəziyyəti ağır olub.
 
Xəstəxanadan “qaynarinfo”ya verilən məlumata görə, 19:05-də gətirilən əməkdar artist cərrahi əməliyyata alınıb. Xəstənin vəziyyəti ağır olaraq qalır.
 
Səhnə adamını vuran “BMW” markalı maşının sürücüsü polis tərəfindən dindirilib.
 
Qeyd edək ki, Elizbar Osmanova Prezidentin sərəncamı ilə 16 oktyabr 2021-ci ildə “Əməkdar artist” fəxri adı verilib.

Baxış sayı: 1832 | Tarix: 27.10.2021
Bizi Telegramda izləyin: @repostaz