Aparıcı Elgiz Əkbər maraqlı açıqlaması ilə diqqət çəkib.
 
BAKU.WS xəbər verir ki, o aparıcısı olduğu "Elgizlə izlə" proqramında mərhum Xalq artisti İlhamə Quliyeva ilə bağlı bilinməyən faktdan danışıb.
 
Əkbər sənətçinin hesabı ödəyə bilmədiyi üçün restoranı şərləmək istədiyini dilə gətirib:
 
“Restoranda hesab çox gəldi. Baxdı ki, sifarişi çox edib. Yanındakına dedi ki, guya sən zəhərlənmisən, başla qaytarmağa... Pis oldum ki, insanlar belə qulluq edib. Yanımızda oturan da elə bil öyrənmişdi. O da başladı qaytarmağa. İlhamə xanım təcili yardıma zəng vurdu ki, təcili gəlin filan restorana, burada insan ölür. Başladı qışqırmağa ki, bu nə yeməkdi. Qəfildən qapı açıldı, məkanın əməkdaşı içəri girdi dedi ki, filankəs bütün hesabı ödəyib. İlhamə Quliyeva dedi, zəng edin, təcili yardım gəlməsin. Yenidən yeməyə davam etdi”.


Baxış sayı: 3485 | Tarix: 03.11.2021
Bizi Telegramda izləyin: @repostaz