Metronun "Cəfər Cabbarlı" stansiyasında təmir işləri başlayır.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin RePost.Az-a verdiyi məlumata görə, dekabrın 7-dən etibarən stansiyasının 1-ci yolu təmir-bərpa işlərinin aparılması ilə əlaqədar qısamüdətli bağlanacaq.

Təmir-bərpa işlərinin təxminən 2 həftə davam etməsi planlaşdırılır. "Xətai" stansiyasına gedəcək sərnişinlər "Cəfər Cabbarlı" stansiyasının ikinci yolundan istifadə edə bilərlər. 

Qeyd edək ki, 2-ci yol "28 May" stansiyasından "Cəfər Cabbarlı" stansiyasına keçərkən soldakı yoldur. Həmçinin "Cəfər Cabbarlı" stansiyasının eskalatorundan endikdən sonrakı sol istiqamət də 2-ci yola aparır.

RePost.Az


Baxış sayı: 1756 | Tarix: 06.12.2016
Bizi Telegramda izləyin: @repostaz