Bir neçə gün əvvəl cəbhədə erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olmuş hərbçi  Şahlar Yaşar oğlu Nəzərov bu gün anadan olduğu Yardımlı rayonunda dəfn edilib.

 

Apa-nın cənub bürosunun xəbərinə görə, 1990-cı il təvəllüdlü hərbi qulluqçu anadan olduğu Peştəsər kənd qəbiristanlığında torpağa tapşırılıb.

 

Şəhidlə vida mərasimində Müdafiə  Nazirliyinin, rayon rəhbərliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.

 

Yaylım atəşi açılıb, şəhid hərbçi torpağa tapşırılıb.

 

Qeyd edək ki, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlu şəhid olub.

 

Şəhid olmuş hərbi qulluqçularımızın nəşləri beynəlxalq vasitəçilərin iştirakı ilə dünən döyüş meydanından təxliyə edilib.


Baxış sayı: 2592 | Tarix: 28.02.2017
Bizi Telegramda izləyin: @repostaz