Məşhur aktyor Yiğit Özşener dələduzluq hadisəsi ilə üzləşib.

RePost.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, naməlum şəxslər onun kredit kartının sürətini çıxararaq  9 min TL xərcləyiblər.

Özşener fırıldaqçılarla bağlı prokurorluğa şikayət edib, cinayət işi açılıb.

Aktyor qeyd edib ki, onun telefonuna balansından pul çıxarılması ilə bağlı mesaj gəlib:

“Mesajlardan sonra bankla əlaqə saxladım, kartımı dondurtdurdum. 9 min TL dəyərində pul çıxarıblar. Bu çıxarışı ABŞ-dan ediblər”.

 

Baxış sayı: 2440 | Tarix: 02.03.2017
Bizi Telegramda izləyin: @repostaz