Ucar rayonunun qaz təchizatında fasilə yaranacaq.
	 
	Bu barədə “Azəriqaz” İB məlumat yayıb. 
	 
	Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Ucar” QPS-də aparılacaq təmir işləri ilə əlaqədar, sabah saat 10:00-dan işlər başa çatanadək “Ucar” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
	 
	“Təmir işləri görülən müddətdə Ucar rayonunun bir hissəsinin (Ucar şəhəri daxil olmaqla) qaz təchizatında fasilə yaranacaq”, - məlumatda qeyd edilib.