Peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasının alınmasına görə “Baku TV” MMC tərəfindən Audiovizual Şuraya daxil olmuş müraciətlərə baxılıb.
 
Bu barədə Audiovizual Şura məlumat verib.
 
Bildirilib ki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlərin siyahısı və məzmunu barədə Şura aparatının hüquqşünasları Şura üzvlərinə geniş məlumat verib və sənədlərin müvafiq tələblərə uyğun tərtib olunmasını qeyd ediblər.
 
Şura üzvləri geniş müzakirələrdən sonra “Media haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindikdən sonra ilk dəfə yeni audiovizual media fəaliyyəti növü olaraq peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının “Baku TV” MMC-yə (televiziya redaksiyasının adı: “Baku TV”) verilməsi barədə müvafiq qərarlar qəbul ediblər.

Baxış sayı: 3048 | Tarix: 16.11.2022
Bizi Telegramda izləyin: @repostaz