“Bayraktar-TB3” pilotsuz uçuş aparatlarının kütləvi istehsalı 2023-cü ilin sonuna qədər başlayacaq.
 
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə “HaberTürk” telekanalına müsahibəsində “Baykar Teknoloji” şirkətinin baş direktoru Haluk Bayraktar bildirib.
 
O qeyd edib ki, “Bayraktar-TB3”ün ilk uçuşu da eyni ildə həyata keçiriləcək.
 
H. Bayraktar “Kızılelma” pilotsuz döyüş təyyarəsinin satın alınmasına dair bir neçə ölkədən sifariş alındığını vurğulayıb.

Baxış sayı: 11028 | Tarix: 17.01.2023
Bizi Telegramda izləyin: @repostaz