Əməkdar artist Tünzalə Əliyeva (Toppuş bacı)  ilə vida mərasimi bitib.
 
Sənətçi dəfn olunmaq üçün Qurd qapısı qəbirstanlığına aparılıb.
 
O, vəsiyyətinə uyğun olaraq Bakıda torpağa tapşırılıb. Tünzalə Əliyeva qızı onu tez-tez ziyarət edə bilsin deyə bu vəsiyyəti edib.
 
Qeyd edək ki, Tünzalə Əliyeva 5 ildir xərçəng xəstəliyindən əziyyət çəkirdi.
 
Ondan geriyə Zəhra adlı 6 yaşlı qızı qalıb.

Baxış sayı: 21896 | Tarix: 23.01.2023
Bizi Telegramda izləyin: @repostaz