Baş Dövlət Yol Polisi İdarəsindən taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə xəbərdarlıq. Taksi fəaliyyətinin tələblərinə cavab verməyənlər cərimələnəcək. Yol polisi taksilərlə bağlı ciddi reydlərə başlayır.
 
Yol polisi taksilərlə bağlı reydlərlə başlayır. Taksi fəaliyyətinin tələblərinə cavab verməyənlər cərimələnəcək.

Yol polisi bildirir ki, taksi minik avtomobili "Taksi" tanınma nişanları ilə avtomobilin damında müvafiq fənərlə təmin olunmalıdır. Sağ və sol qapılarda şahmat qaydasında yerləşdirilmiş damalar çəkilməli, salonda taksometr, habelə sürücünün soyadı, adı, fotoşəkli olmalıdır.
 
Taksi sürücüləri avtomobillərini harada gəldi deyil, yalnız müvafiq təşkilatlar tərəfindən müəyyən edilmiş və nişanla işarələnmiş duracaq yerlərində saxlayıb müştəri gözləməlidirlər.
 
Həmçinin baqaj daşınması qaydaları ilə müəyyən edilən digər məlumat göstəriciləri olmadan taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsinə, eləcə də taksilərin xüsusi olaraq müəyyən edilən duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmsinə görə məsuliyyətə cəlb olunacaqlar.


Baxış sayı: 9448