Bayram günləri Azərbaycanda qeydə alınan yol-nəqliyyat hadisələrinin sayı artmaqda davam edir.

 

RePost.Az xəbər verir ki, bu barədə  Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Məlumata görə, ötən gün respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

 

Bununla da martın 19-dan 25-dək respublikanın avtomobil yollarında baş verən yol qəzalarının sayı 32-yə çatıb. Həmin qəzalarda 11 nəfər ölüb, 52 nəfər xəsarət alıb. 


Baxış sayı: 2573 | Tarix: 25.03.2017
Bizi Telegramda izləyin: @repostaz