Sabah güclü külək olacaq.
 
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti Sarı xəbərdarlıq yayıb.
 
Xəbərdarlıqda qeyd edilib ki, küləyin sürəti 13.9-20.7 m/san (7-8 bal) gücündə olacaq. Bu cür külək ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka ziyan üçün orta risk təşkil edir. Güclü külək əsasən Bakı, Sumqayıt, Abşeron, Salyan, Neftçala, Mingəçevir, Yevlax, Gəncə, Göygül, Goranboy, Samux və Şəmkirdə gözlənilir.
 
Qeyd edək ki, ölkədə küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq artıq rəng şkalası ilə təqdim olunacaq.

Baxış sayı: 5176 | Tarix: 16.05.2024
Bizi Telegramda izləyin: @repostaz