Avropa İttifaqının Ermənistandakı Missiyasının (EUMA) rəhbəri Markus Ritter Gorusda EUMA əməkdaşları ilə görüşüb.
 
Bu barədə EUMA-nın "X" hesabında bildirilib.
 
Qeyd olunub ki, missiyanın üzvləri Ermənistanın Azərbaycanla sərhədində yerləşən Qaragöl gölünə də baş çəkib.
 
“Bu günə qədər Avropa İttifaqının Ermənistandakı Missiyası (EUMA) Ermənistan-Azərbaycan sərhədində 2300-dən çox patrul həyata keçirib”, - məlumatda deyilir.

Baxış sayı: 6639 | Tarix: 30.05.2024
Bizi Telegramda izləyin: @repostaz