anınmış teleaparıcı İlkin Həsəni "Uber" taksi şirkətini ifşa edib.
 
RePost.Az azxeber.com-a istinadən xəbər verir ki, aparıcı şirkətin sürücüləri qeyri-peşəkardır: "Sürücüləri qeyri-etik və qeyri-peşəkar olduğuna görə 2 ilə yaxındır istifadə etdiyim "Uber" əlavəsini telefonumdan sildim. Azərbaycanda hər şey belədir də, yeni başlayanda hər bir detal mükəmməl olur, müştəri məmnun qalır, bir az inkişaf edən kimi, əl pula çatan kimi hər şeyin zibili çıxır.
 
 Teleaparıcı "UTAP" və "Taxify" taksi şirkətini də tənqid edib:
 
"Hələ Uberdən də bərbad olan UTAP taxi sifarişini demirəm, tanımadığı müştəriyə "qaqaş sən indi hansı tərəfdəsən" dedi, onunla da sağollaşdıq. Taxify da yaxşı başladı, endirimli qiymətlərlə 1 həftə ərzində çox popularlaşdı, amma indi qiymətləri də, sürücü etikası da "Uber" səviyyəsindədir. Gün ərzində 1365 dənə taksi xidməti qeydiyyatdan keçir, "neujeli" onların arasında ən yaxşısı, ən keyfiyyətlisi yoxdur?"

Baxış sayı: 2516 | Tarix: 19.04.2017
Bizi Telegramda izləyin: @repostaz