8 dekabrda Heydər Əliyev Sarayında populyar ifaçı EMİN-in növbəti konserti anşlaqla keçdi. 
 
RePost.Az Milli.Az-a istinadən bildirir ki, konsertdən əvvəl Heydər Əliyev Sarayında avtoqraf-sessiya keçirildi və artistin bütün pərəstişkarları sevimli ifaçıdan avtoqraf ala, onunla ünsiyyətdə ola və "Love Is A Deadly Game" adlı yeni albomunu hədiyyə olaraq əldə edə bildilər! 
 
Səhnə qarşısında istedadlı həmvətənimizin oynaq və lirik mahnıların sədaları altında həm tineycerlər, həm də orta yaşlı insanlar rəqs edirdilər. EMİNin mahnıları öz səmimiyyəti, gözəl musiqi və aranjmanı, virtuoz musiqiçilərin və bək-vokalçıların mükəmməl ifası ilə insanların zövqünü oxşadı. 
Konsertin ən yaddaqalan məqamlarından biri EMİN-in cazibədar Ani Lorak ilə yeni duetləri oldu. 
 
EMİN-in musiqili kumiri olan Müslüm Maqomayevin əziz xatirəsinə hərs olunmuş mahnısını konsert zalı gurultulu alqışlarla və "bravo" səsləri ilə salamladı. Dünya şöhrətli Müslüm Maqomayevlə EMİN-in ifalarında "Sinyaya veçnost" mahnısının virtual duetini tamaşaçılar ayaq üstə qarşıladılar.   
 
EMİN dinləyicilərlə səmimi ünsiyyət qurur, kompliment deyir və fanatları ilə şəkil çəkdirirdi. Konsertdən həzz alan tamaşaçılardan qucaqdolu gül dəstələri musiqiçiyə bəxş olundu və konsertin sonunda dinləyicilərin xahişi ilə ifaçı öz mahnılarını ard-arda ifa etməyə davam edirdi.
 
RePost.Az 

Baxış sayı: 3542 | Tarix: 09.12.2016
Bizi Telegramda izləyin: @repostaz