AZAL-a məxsus təyyarənin dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı Rusiyada aparılan cinayət işi hava gəmisinin “Pansir S-1” HHM sistemi ilə vurulduğunu təsdiq edib.
 
Bu barədə “Caliber” öz mənbələrinə istinadən yazıb.
 
Qeyd olunub ki, həmin sistem Rusiyaya Suriyadan gətirilib.
 
“Məlum olub ki, istintaq Azərbaycan təyyarəsinə qarşı radio-elektron mübarizə vasitəsinin tətbiq edildiyini təsdiq edib”, - məlumatda deyilir.
 
O da bildirilib ki, Rusiya tərəfi həm təyyarəyə atəş açanların, həm də atəş əmri verənlərin şəxsiyyətini müəyyən edib.

 

 

Baxış sayı: 4112 | Tarix: 24.01.2025
Bizi Telegramda izləyin: @repostaz