Müğənni Afaq Aslan yeni fotosessiya etdirib. 
 
RePost.Az BAKU.WS-ə istinadən xəbə verir ki,  müğənni yeni şəkillərini Instagram hesabından paylaşıb. Müğənnin fotoları sosial şəbəkədə qısa zamanda çox sayda insan tərəfindən bəyənilib. 
 
Qeyd edək ki, müğənni Afaq Aslan bir müddət öncə açıq-saçıq fotosessiyaları haqqında açıqlama verib: 
 
"Zənnimcə, əgər səhnə insanları yaradıcı insanlardırsa, bizim həyata keçirdiyimiz proyektlərə incə sənət kimi yanaşmaq və incəsənət istiqamətilə qiymətləndirmək lazımdır. Bəzi dar düşüncəli insanların şüuraltı düşüncələrilə yanaşmaq lazım deyil. Səhnə insanı obrazdan-obraza girməklə sıradan insanlardan seçilməli və tamaşaçıları yaradıcılığında olan yeniliklərlə təəccübləndirməlidir. Niyə xarici ulduzlar bunu edəndə alqışlayırıq, bizimkilər nəyisə edəndə daş-qalağa basırıq?! Özümüzünkülər nəsə cəsarətli bir şey edən kimi ilk şey mentalitet olur. Öyrəşmişik ki, əcnəbiləri başımızın üstünə qaldıraq, özümüzünküləri aşağılayaq".
 
RePost.Az

Baxış sayı: 3295 | Tarix: 24.04.2017
Bizi Telegramda izləyin: @repostaz