Gələn ay ardıcıl 4 gün iş olmayacaq.
 
8 noyabr Zəfər Günü, 9 noyabr isə Dövlət Bayrağı Günüdür.
 
Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, hər iki tarix şənbə və bazara təsadüf etdiyi üçün noyabrın 10-11-i də qeyri-iş günü olacaq.
 
Noyabrın 12-si isə bayramlardan sonra ilk iş günü olacaq.
 
Qeyd edək ki, Konstitusiya Günü (12 noyabr) və Milli Dirçəliş Günü (17 noyabr) isə iş günü olan bayram günləridir

Baxış sayı: 787 | Tarix: 01.10.2025
Bizi Telegramda izləyin: @repostaz