Şəbnəm Tovuzlunun keçmiş həyat yoldaşı kimi təqdim etdiyi həmkarı Ərşad ölkə.az-a danışıb.
 
RePost.Az xəbər verir ki, həmin şəxs sözügedən sayta açıqlamasında 10 il evli olduqlarını etiraf edib:
 
"Bu xəbəri eşitdim. Kim edibsə, düz etməyib. Çünki Şəbnəm ailəlidir, yazıq adamdır, qız anasıdır. Hər şey keçmişdə qaldı. Mən də ailəliyəm, o da. Amma onunla övladımız yoxdur".
 
Qeyd edək ki, mediafax.az saytının yaydığı xəbərdə sənətçinin Ərşad adlı həmkarı ilə intim fotoları da yer alıb. Şəbnəm Tovuzlu isə mətbuata açıqlamasında həmkarıyla 10 il evli olduğunu bildirib.
 
RePost.Az

Baxış sayı: 11807 | Tarix: 01.05.2017
Bizi Telegramda izləyin: @repostaz