"Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Əli oğlu Hüseynov vəzifəzindən azad edilib.
 
"APA-Economics"in əldə etdiyi məlumata görə, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
 
Qeyd edək ki, İ.Hüseynov müxtəlif vəzifələrdə çalışıb, 2004-2010-cu illərdə Azərbaycan Dövlət Dəmir Yolunun iqtisadi məsələlər üzrə rəis müavini, 2010-2026-cı illərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini vəzifələrində çalışıb.

Baxış sayı: 274 | Tarix: 15.01.2026
Bizi Telegramda izləyin: @repostaz