Pərdə və jalüz mövsümü artıq bir həftədir ki, başlayıb. Amma bəzi sürücülər avtomobilə hansı pərdədən vurmaq lazımdı bunu bilmir. Belə olduqda da qaydalara uyğun olmayan pərdədən istifadə edən sürücülərlə yol polisi arasında mübahisə yaranır.

Avtomobillərdə olan pərdənin çərçivəsi hansı materialdan hazırlanmalıdır?

RePost.Az xəbər verir ki, avtomobil bazarında bu işlə məşğul olan ustalar deyir ki, əvvəllər pərdə və jalüzlərin bir neçə növü var idi. Sonradan onlar qaydalara uyğun olan pərdələri hazırlamağa başlayıblar. İndi ustaların əksəriyyəti “maqnit” adlanan pərdə hazırlayır.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, avtomobilə yalnız sənaye üsulu ilə hazırlanmış pərdə və jalüzə icazə verilir.

Qeyd edək ki, standartların tələblərinə uyğun olmayan rəngli, güzgü, buqələmun tipli şüşələrin avtomobillərə quraşdırılaraq idarə edilməsi inzibati məsuliyyət yaradır. Bu tələbləri pozan sürücülər məsuliyyətə cəlb edilərək 150 manat məbləğində cərimə edilə bilər.


Baxış sayı: 2421 | Tarix: 09.05.2017
Bizi Telegramda izləyin: @repostaz