Bu gün məşhur müğənni Abbas Bağırovun toy günüdür. 
 
RePost.Az-ın məlumatına görə, müğənninin özəl günü "Niel" restoranında keçirilir. Bəy-gəlin kürsüsündə Abbas tək oturub. Gəlinin iştirak etməyəcəyi məclisə Abbasın sənət yoldaşları, tanınmış simalar dəvət olunub. 
 
Qeyd edək ki, A.Bağırov özünə üç gün toy edəcəyini deyib. Bir neçə gün əvvəl ifaçının Gəncədə qız toyu baş tutub. A.Bağırovun ailə qurmağa hazırlaşdığı xanım qohumudur.
 
RePost.Az

Baxış sayı: 2839 | Tarix: 23.05.2017
Bizi Telegramda izləyin: @repostaz