ATV-də "Qarşıdurma" devizi ilə yayımlanan "Maşın" şounun bu günkü buraxılışında maraqlı anlar yaşanıb. 
 
RePost.Az xəbər verir ki, Üzeyir Mehdizadə oyunu tərk etdi. Onun oyunu tərk etməsinə restranda yemək zamanı iştirakçıklarla, xüsusilə də rəqqasə Oksana Rəsulova ilə mübahisə etməsi səbəb olub. Həmin kadrların efirə verilməsindən sonra o, əlini maşından çəkərək getmək istədiyini bildirib: "O kadrlarda səsimi qaldırdğıma görə, üzr istəyirəm. Belə kadrların təkrar olunmasını istəmirəm. Ona görə də oyunu tərk edirəm”.
 
İştirakçıların SMS səsverməsinə çıxardığı akatryor İslam Mehrəliyev isə şouda qalacağı təqdirdə aparıcı Azər Zahidi çıxarascağını bildirib. Lakin sonda 64,17 faiz tamaşaçının səsini qazanan aktyor, Üzeyir Mehdizadə şoudan könüllü getdiyinə görə heç kəsi kənarlaşdırmayıb.
 
RePost.Az


Baxış sayı: 2383 | Tarix: 01.06.2017
Bizi Telegramda izləyin: @repostaz