Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən REPOST.AZ-a verilən məlumata görə, bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə  2-5° isti, gündüz  7-11° isti, Bakıda gecə  2-4° isti, gündüz  8-10° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  763 mm civə sütunu, nisbi rütubət  gecə 75-85 %, gündüz 50-55 %  təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, sabah rayonlarda hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz  6-11° isti, dağlarda gecə  0-5° şaxta, gündüz  5-10° isti  olacağı gözlənilir.

REPOST.AZ


Baxış sayı: 3409 | Tarix: 27.11.2016
Bizi Telegramda izləyin: @repostaz