Bu gün Bakının əsas prospektlərindən biri sayılan Neftçilər prospektində, xüsusən də Azneft meydanında nəqliyyat vasitələrinin hərəkəti iflic olub.
 
RePost.Az-ın Avtosfer.az-a istinadən verdiyi məlumata görə, Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, Formula 1 yarışına hazırlıqla əlaqədar olaraq Azneft meydanında oturacaqların quraşdırılmasına başlanılıb. Buna görə də Azneft meydanında böyük sıxlıq yaranıb. Hazırda ərazidə dəhşətli sıxlıq müşahidə olunur. Neftçilər prospektində hərəkətin yalnız bir hissəsi işləyir ki, onu da ikitərəfli ediblər. Yəni, Qız Qalasından Azneftə qədər olan hissədə nəqliyyat vasitələri yalnız bir hərəkət hissəsindən istifadə edə bilirlər.
 
Bunu nəzərə alaraq yol polisi sürücülərdən alternativ yollardan istifadə etməyi xahiş edir.
 
RePost.Az

Baxış sayı: 1984 | Tarix: 09.06.2017
Bizi Telegramda izləyin: @repostaz