Rus bölməsi  abituriyentləri üçün keçirilən "Azərbaycan dili" imtahanının nəticələri elan edilib.
 
RePost.Az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən ( DİM ) lent.az-a verilən məlumata görə, imtahanın nəticələri iyunun 11-də DİM-in internet saytında yerləşdirilib.
 
İmtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Abituriyentlər iş nömrələrini mobil operatorlar vasitəsilə 7727 nömrəsinə göndərməklə də nəticələrini öyrənə bilərlər.
 
İmtahanda iştirakı nəzərdə tutulan 1813 abituriyentdən 259 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 1554 abituriyentdən 1306 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək "məqbul" qiymət alıb. 
 
Qeyd edək ki, abituriyentin imtahandan "məqbul" alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
 
RePost.Az

Baxış sayı: 2212 | Tarix: 12.06.2017
Bizi Telegramda izləyin: @repostaz