Əməkdar artist Cavanşir Məmmədov özü ilə bağlı etiraf edib. 
 
RePost.Az axşam.az-a istinadən bildirir ki, müğənni "10-dan sonra" verilişində deyib ki, öz ölümü üçün hazırlıqlara çoxdan başlayıb. 
 
İfaçı yas mərasimi üçün mollanı illər əvvəl tutduğunu söyləyib:
 
"Hər insanı ölüm gözləyir. Məclislərin birində elə molla gördüm ki, oradan çıxıb gedə bilmədim. Həmin molla məclisi o qədər savadlı idarə etdi ki, məni məndən aldı. Ondan çox şey öyrənmişəm. Ona 5 il əvvəldən beh də vermişəm. Demişəm, "Cavanşir Məmmədov rəhmətə gedib" sözünü eşidən kimi bizdə ol".
 
RePost.Az

Baxış sayı: 2820 | Tarix: 13.06.2017
Bizi Telegramda izləyin: @repostaz