“Maşın” şounun final gecəsində maraqlı anlar yaşanıb.
 
RePost.Az xəbər verir ki, bu gün səhərə yaxın maşından əlini götürən Oksananın mübarizəni dayandırması ilə bağlı şok kadrlar yayımlanıb. Verilişin aparıcısı Murad Dadaşovun canlı yayımda efirə verdiyi sujetdən iştirakçıların maşın ətrafında “bazarlıq” etdiyi məlum olub. Belə ki, rəqqasə Oksana Rəsulova  finalçılara əlini çəkməyi təklif edib. Müqabilində isə onlardan “dolya” istəyib. Hətta onlar maşını sataraq pulunu bölməyi müzakirə ediblər. Elcan razılıq versə də, İslam sona qədər mübarizə aparacağını bildirib. 
 
RePost.Az BAKU.WS-ə istinadən həmin sujeti təqdim edir:

Baxış sayı: 2421 | Tarix: 14.06.2017
Bizi Telegramda izləyin: @repostaz