Yasamal rayonundakı 43 saylı Mənzil kommunal istismar sahəsinin (“JEK”) rəisi Yusif Əhmədov iş otağında dünyasını dəyişib.

RePost.Az xəbər verir ki, bu barədə virtualaz.org saytına həmin “JEK”-dən məlumat veriblər.

Yusif Əhmədovun Yasamal Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İbrahim Mehdiyevin yaxın adamı olduğu bildirilir.

Xəbərdə deyilir ki, Y.Əhmədov ürək tutmasından keçinib.

İmam Hüseyn məscidinin axundu Hacı Əbdül isə bildirib ki, Y.Əhmədov Hacı Cavad məscidinin sökülməsində fəal iştirak edib.

Xatırladaq ki, məscid 43 saylı Mənzil istismar sahəsinin ərazisində yerləşib.


Baxış sayı: 3029 | Tarix: 11.07.2017
Bizi Telegramda izləyin: @repostaz