Bakıda dərzi sexində yanğın baş verib.
 
RePost.Az FHN-ə istinadən xəbər verir ki,  Bakı şəhərinin Yasamal rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 55 m2 olan 4 otaqdan ibarət dərzi sexinin 3 otağının yanar konstruksiyaları 45 m2 sahədə yanıb.
 
Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yanğının kəşfiyyatı zamanı 1951-ci il təvəllüdlü Yusubov Mustafa Leysan oğlunun cəsədi aşkar olunub.
 
Sexin qalan hissəsi və ev yanğından mühafizə olunub. Yanğın tərəfindən söndürülüb.
 
RePost.Az

Baxış sayı: 2687 | Tarix: 18.07.2017
Bizi Telegramda izləyin: @repostaz