Rusiyanın "Birinci” kanalının azərbaycanlı aparıcısı İradə Zeynalova ikinci dəfə ərə gedib.
 
RePost.az Rusiya KİV-nə istinadən xəbərinə görə, aparıcı  hərbi müxbir Aleksandr Yevstiqneyev ilə ailə qurub. Toy mərasimində cütlüyün ailə üzvləri, yaxın dostları iştirak edib. 
 
Məqalədə diqqət çəkən məqamlardan biri də İradənin atasının rusiyada yaşayan erməni əsilli rejissor Tiqran Keosayanla səmimi fotosu olub. 
 
Qeyd edək ki, A.Yevstiqneyev bundan əvvəl müxbir Natalya Ustyuqova ilə evli olub.
 
İ.Zeynalova isə jurnalist Aleksey Samolyotov ilə 10 il ailəli olub və 2015-ci ildə boşanıb. Onun bu nikahdan Teymur adlı oğlu var.
 
RePOst.az
 
 


Baxış sayı: 2345 | Tarix: 17.12.2016
Bizi Telegramda izləyin: @repostaz