Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin təxirə düşməsinin səbəbi məlum olub.
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral səfərin təxirə salınmasının iş proqramı ilə bağlı olduğunu açıqlayıb.
 
Qeyd edək ki, səfər bu il sentyabrın 10-11-də gerçəkləşməliydi.
 
Səfər çərçivəsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının keçirilməsi də nəzərdə tutulurdu.
 
RePost.Az

Baxış sayı: 2288 | Tarix: 30.08.2017
Bizi Telegramda izləyin: @repostaz