Azərbaycanda fəaliyyət göstərən məşhur *9933 taksi şirkəti satılıb.
 
RePost.Az  ölkə.az-a istinadən xəbər verir ki, sözügedən şirkət *2424 taksi şirkəti tərəfindən alınaraq, birləşdirilib. Birləşdirilmədən sonra şirkət “Aztaksi” adı ilə fəaliyyətə başlayacaq. Artıq müştərilərə “Aztaksi” adı ilə mesajlar da göndərilir.
 
Qeyd edək ki, *2424 və “Aztaksi” şirkətlərinin Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, sabiq deputat Əhəd Abıyevə məxsus olduğu bildirilir. Hər iki şirkətə Ə.Abıyev öz yaxın adamlarını rəhbər təyin edib.
 
Məsələ ilə bağlı Ə.Abıyevdən münasibət öyrənmək mümkün olmayıb. 
 
RePost.Az

Baxış sayı: 2364 | Tarix: 22.09.2017
Bizi Telegramda izləyin: @repostaz