Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk qrupunun həmsədrləri arasında görüş olub.
 
RePost.Az-ın məlumatına görə, bu barədə XİN-in mətbuat katibi Hikmət Hacıyev bildirib.
 
Onun sözlərinə görə, görüş təxminən saat yarım davam edib.
 
Görüş BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində baş tutub. Görüşdə Dağlıq Qarabağ münaqişəsi və gündəlikdə duran məsələlər müzakirə edilib.
 
Qeyd edək ki, sentyabrın 23-də isə həmsədrlərin iştirakı ilə E. Məmmədyarovun Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşü nəzərə tutulub.
 
RePost.Az

Baxış sayı: 2459 | Tarix: 22.09.2017
Bizi Telegramda izləyin: @repostaz