Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən RePost.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi, lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
 
Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-20, gündüz 22-26, Bakıda gecə 17-19, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz təşkil edəcək.
 
Azərbaycanın rayonlarında 
 
Sentyabrın 26-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 15-20, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.
 
Tibbi-meteoroloji proqnoz
 
Sentyabrın 26-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və arabir güclənən mülayim xəzri küləyi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
 
RePost.Az

Baxış sayı: 1889 | Tarix: 25.09.2017
Bizi Telegramda izləyin: @repostaz