Azərbaycan prezidenti İlham Əliyev Neftçala şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
 
RePost.Az-ın məlumatına görə, abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə Neftçala şəhərində 35 çoxmənzilli binanın fasad hissəsinin və kommunikasiya xətlərinin əsaslı təmiri üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Neftçala Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.
 
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
 
RePost.Az

Baxış sayı: 3295 | Tarix: 25.09.2017
Bizi Telegramda izləyin: @repostaz