Oktyabrın 27-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.
 
Arabir güclənən şimal-qərb küləyi günün  ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirlyiindən RePost.Az-a verilən məlumata görə, havanın temperaturunun gecə 11-14° isti, gündüz  16-19° isti, Bakıda gecə  12-14°, gündüz  17-19° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək.
 
Nisbi rütubət  70-80 % olacaq. 
 
Azərbaycanın rayonlarında əsasən səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə  7-12°, gündüz 18-23° isti, dağlarda gecə 4-9°, gündüz 11-16° isti olacağı gözlənilir.
 
RePost.Az

Baxış sayı: 2307 | Tarix: 26.10.2017
Bizi Telegramda izləyin: @repostaz