AZTV-nin efirində yayımlanan Müasir Azərbaycan Gənci (MAG) adlı verilişdə maraqlı anlar yaşanıb.
 
RePost.Az xəbər verir ki, efirə dəvət edilən gənc rok ifaçısı Vüsal Rzasoyun ifası hamını təəccübləndirib. Hətta bəziləri gülməkdən özlərini saxlaya bilməyiblər.  Vüsal Rzasoy adlı gəncin “ayə harya gedirsən ayə?” adlı mahnısı rezonans doğurub. Fərqli tərzdə musiqi ifa etməyə çalışan mügənni AZTV tarixində bir ilkə imza atıb.
 
Əslində isə gülüş hədəfinə çevdilən gəncin ifası fəlsəfi məna kəsb edir.  "Hara gedirsən" (Quo vadis) xristianlığın əsas suallarından biridir. Eyni zamanda bu suala Şərq fəlsəfəsində də təsadüf olunur. Bu sualın isə böyük məna kəsb edən cavabı belədir: "Kandan gəlib məkana gedirəm?".
 
MAG-ın yaradıcı heyəti isə həmin kadrların efirə getmədiyini, sadəcə Facebook səhifələrində paylaşdıqlarını bildiriblər.
 
RePost.Az


Baxış sayı: 2820 | Tarix: 24.11.2017
Bizi Telegramda izləyin: @repostaz