Rusiya dövlət başçısı Vladimir Putin Ankarada qətlə yetirilən səfir Andrey Karlovun mühafizəsindən danışıb.
 
RePost.az-ın "haberler.com"a istinadla verdiyi məlumata görə, o səfirin nə üçün silahlı mühafizəçilər tərəfindən qorunmamasını açıqlayıb. 
 
Dövlət Dumasında görüşü zamanı Putin Lidebral Demokratlar partiyasının lideri Vladimir Jirinovskinin sualına cavab verib. Prezident deyib ki, məsələ türk tərəfində deyil.
 
"Ümumi qaydalar var. Silahlı mühafizəçilər ancaq səfirlik ərazisində xidmət göstərir. Bu ancaq Türkiyədə deyil, bir çox ölkədə belədir. Amma siz doğru deyirsiniz. Bəzi ölkələrdə, xüsusilə oradakı vəziyyət nəzərə alınaraq başqa cür də razılaşmaq olardı".
 
Rusiya səfiri dekabrın 19-da Ankarada Müasir İncəsənət Mərkəzində qatıldığı sərgidə güllələnib. Səfirin nəşi Moskvaya göndərilib. O, bu gün dəfn ediləcək. Onu qətlə yetirən isə polis olan 22 yaşlı Mövlud Mərt Altıntaş olub. Sui-qəsdi törədənə polislər "təslim ol" çağırışı etsələr də, o bura ölməyə gəldiyini deyərək əmrə tabe olmayıb.
 
Bundan sonra o topuğu və baldırından vurulub. Yerə yıxılanda əlini cibinə salmağa cəhd edib. Bu hərəkətindən sonra onun "canlı bomba" ola biləcəyi ehtimal edilərək öldürülüb.
 
RePost.az
 

Baxış sayı: 3770 | Tarix: 22.12.2016
Bizi Telegramda izləyin: @repostaz