Yeni asfalt-beton örtüyünün döşənməsi işləri ilə əlaqədar olaraq noyabrın 30-dan dekabrın 1-ə keçən gecədən etibarən Binəqədi şosesinin Binəqədi qəsəsəbəsindən “4 yol” deyilən əraziyədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.
 
“Azəravtoyol” ASC-dən RePopst.Az-a verilən məlumata görə, sözügedən ərazi üzrə hərəkətin məhdudlaşdırılması qısa müddətə, yəni 1-3 dekabr tarixlərində baş tutacaq.
 
Bu müddət ərzində asfalt örtük döşənən ərazilər boyu hərəkət hissə-hissə bərpa olunacaq.
 
RePopst.Az

Baxış sayı: 2364 | Tarix: 30.11.2017
Bizi Telegramda izləyin: @repostaz