Gələn il Azərbaycanda dini bayramlarla əlaqədar qeyri-iş günləri məlum olub.
 
RePost.Az-ın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, 2018-ci ildə 15, 16 iyun Ramazan bayramı, 22, 23 avqust Qurban bayramıdır.
 
Gələn il 15 iyun həm də Milli Qurtuluş Günü olduğu, gələn il 16 iyun isə şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 18 iyun - bazar ertəsi və 19 iyun - çərşənbə axşamı da qeyri-iş günü olacaq. Beləliklə, Ramazan bayramında 5 gün ardıcıl qeyri-iş günüdür.
 
Qurban bayramında isə 22 və 23 avqust çərşənbə və cümə axşamına təsadüf edir, müvafiq olaraq 2 gün qeyri-iş günü olacaq.
 
RePost.Az

Baxış sayı: 2440 | Tarix: 08.12.2017
Bizi Telegramda izləyin: @repostaz