Sabah, dekabrın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən RePost.Az-a verilən məlumata görə, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-12° isti, Bakıda gecə 5-7° isti, gündüz 10-12° isti olacaq.
 
Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək.
 
Nisbi rütubət 75-85 % olacaq.
 
Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, əsasən yağmursuz keçəcək. Lakin bəzi şimal və şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var.
 
Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti təşkil edəcək.
 
RePost.Az

Baxış sayı: 2535 | Tarix: 13.12.2017
Bizi Telegramda izləyin: @repostaz