Müğənni Mətanət Əsədova ilə meyxanaçı-müğənni Namiq Qaraçuxurlu məclislərin birində səmimi şəkildə görüntüləniblər. 
 
RePost.Az axşam.az-a istinadən xəbər verir ki, Mətanət səhnədə mahnı ifa edən Namiqi öpüşlərə qərq edib. Daha sonra açıqlama verən Namiq buna normal yanaşdığını deyib:
 
"Şou əhliyik, deyib-gülürük. Xanım sənətçilərlə öpüşüb-görüşürük. Şəkil çəkdirəndə əlimizi belinə qoyuruq. Bu, şou-biznes üçün adi haldır. O kadrlar mənim öz xoşuma da gəlmişdi. Mətanət xanımın bu jestlərinə, səmimiyyətinə görə təşəkkür edirəm". 
 
Mətanət isə Namiqi çox istədiyini deyib:
 
"Namiqi çox istəyirəm. Çox mədəni oğlandır. Namiq o qədər səliqəli oğlandır, onun hərəkətindən, meyxana deməyindən dürr tökülür". 
 
RePost.Az


Baxış sayı: 3276 | Tarix: 18.12.2017
Bizi Telegramda izləyin: @repostaz